Görünməmiş məhkəmə qanunsuzluğu
19-02-2013, 19:25
Oxunub: 6 290
Səbayel Rayon Məhkəməsi vətəndaşın müraciətini qəbul etmir
Səbayel rayonu, Badamdar yolu ev 17–də yaşayan Mahirə Lətif qızı Eyvazova qəribə bir problemlə üzləşib. Bu barədə bolgexeber.com-a onun yaxını Tahirə Ağasıyeva məlumat verib. O qeyd edir ki, M.Eyvazova ikinci qrup əlildir. Ayaqları tutulduğu üçün yeriyə bilmir. Ürəyində də problemlər yarandıqdan sonra rayondan Bakıya həkimə tez-tez gəlməli olub, amma səhhəti yol gəlməyə imkan verməyib. Bu üzdən o, qohumlarının məsləhəti ilə 2003-cü ildə Bakıya köçüb və yuxarıdakı ünvanda göstərilən evi alıb.
Alqı-satqı zamanı evin əvvəlki sahibəsi, yəni mülkünü aldığı adam - İsgəndərova Xalidə Aslan qızı M.Eyvazovadan xahiş edir ki, onun qızı Ayselə hələlik burada qeydiyyatda qalmağa icazə versin: “Xalidə xanım deyib ki, 3 aydan sonra gəlib qızını qeydiyyatdan çıxaracaq. Qadını inandırmaq üçün heç bir niyyəti olmadığını deyib, atasının, anasının goruna and içib. Ancaq Xalidə İsgəndərova bu 10 ilə ərzində qızını həmin ünvandan qeydiyyatdan çıxarmayıb. 2 ay bundan öncə isə Mahirə xalaya dəymək adı ilə onun evinə gəlir və çox absurd bir söz deyir: “Mahirə bacı, biz də burada qeydiyyatda olduğumuz üçün evi satanda ata mülkümüzdən bizim də payımızı vermək yadından çıxmasın. Özüm də gəldim bir ata mülkümə dəyim, görüm nətərdi. Evi söküb təzədən tikmisən, sağlığına qismət. Ancaq satanda bizi yaddan çıxartma”.
Mahirə xala da bundan sonra üz tutur 3 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil Kommunal İstismar sahəsinə. MİS-də aydın olur ki, sən demə, bu ünvanda 7 nəfər qeydiyyatda imiş. Hələ üstəlik, Mahirə Eyvazova bu 10 il ərzində bu 7 nəfərə görə, kommunal xərclər də verirmiş. Orada onu da öyrənir ki, kommunal xidmət haqqı adambaşına 30 qəpikdir. Deməli, o, ayda 3 manat 60 qəpik ödəməli imiş. Amma ondan bu illər ərzində MİS əməkdaşları hər üç aydan bir gəlib 14 manat alıblar. Bu da bir fırıldaqdır. Ona deyiblər ki, 14 manat almalarına səbəb evdə kirayəşin saxlaması ilə əlaqədardır. Mahirə xanım and-aman edib ki, o adamlar sadəcə qeydiyyatdadır, deyiblər get ver məhkəməyə, qeydiyyatdan çıxarsınlar. Bildiriblər ki, iş məhkəməyə gedəndə MİS-ə sorğu gələcək, biz də deyəcəyik ki, yox yaşamırlar. Bu da olacaq sənə yaxşılığımız.
Mahirə xalaya bunu MİS-in Gülxar adlı işçisi deyib. Daha sonra isə o, MİS-in rəisi Qismət Rüstəmova yaxınlaşır. Qismət müəllim də deyib ki, gərək evi alanda pulunun hamısını verməyəydin, qeydiyyatdan çıxanda qalan məbləği ödəyəydin. Deyib ki, sən savadsızsansa, biz nə edə bilərik, get ver məhkəməyə. Mahirə Eyvazova bundan sonra Səbayel Rayon Məhkəməsinə müraciət edir. Ancaq ərizələri qəbul edən şəxs Mahirə xanıma deyib ki, məhkəmə belə işlərə baxmır, gedin MİS-ə deyin, özləri həll etsinlər. İndi Mahirə xanım çarəsiz durumda qalıb, bilmir dərdini kimə desin. Hansı ki, bu cür mübahisəli məsələlər məhkəmədə həllini tapır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər