BolgeXeber.Com » Sosial » Lombard Sabirabad sakininin qızıllarını necə mənimsəyib

Lombard Sabirabad sakininin qızıllarını necə mənimsəyib

3-03-2013, 15:35
Oxunub: 6 430 Bolgexeber.com-a Sabirabad rayon Ulacalı kənd sakini Sükürov Ayət Əlibarat oğlu tərəfindən məktub daxil olmuşdur. Məktubda Sükürov Ayət paytaxtda fəaliyyət göstərən lombardlardan birində ona qarşı edilən qanunsuzluğdan şikayətlənir. Məktubu olduğu kimi oxuculara təqdim edirik.:”Yazıb sizə bildirmək istəyirəm ki, paytaxtın“Beşmərtəbə” kimi tanınan ərazisində yerləşən, “Azdrama”nın filalı olan lombarddan uşağım xəstə olduğu zaman imkanım olmadığından onun müalicə xərci məqsədilə 22,05 qram qizıl girov qoyub 380 manat pul götürmüşdüm.Bunun müqabilində isə hər ay lombarda faiz kimi aparıb 20 manat pul ödəyirdim. Ancaq axırıncı dəfə fevralın 20- si faiz ödəməyə gedəndə həmişə pul ödədiyim xanımı yerində görmədim.Məlum oldu ki, o xanım artıq işdən azad edilib.Lombardın sahibi isə mənə bildirdi ki, mənim borcumun üstünə faiz gəlib və mən onu ödəməliyəm. Etiraz edərək bildirdim ki, danışıldığı kimi mən hər ay müəyyən olunmuş tarixdə xanıma 380 manata görə 20 manat pul ödəmişəm. Onlar isə mənim 3-4 ay ərzində cəmi 23 manat ödədiyimi və faizin də məhz bu səbəbdən əmələ gəldiyini dedilər. Lombardı işlədən həmçinin bildirdi ki, həmin xanım lombardda işlədiyi müddətdə mənim kimi çox adamı aldadıb qacıb və hal- hazırda onu özləri də axtarır. Bundan başqa lombardda bildirdilər ki,mənim ödədiyim pul ödəniş kimi sayıla bilməz və buna görə də girov kimi qoyduğum qızıl əşyalarını satışa çıxartmaq məcburiyyətindədirlər .Mən xoşluqla nə qədər vəziyyətimi nəzərə almağı xahiş etsəm də ,onlar qəti şəkildə mənə heç cürə kömək edə bilməyəcəklərini söylədilər..Bu haqsızlığla razılaşmadığımı bildirib etiraz edəndə isə mənə kobud surətdə hədə-qorxu gəldilər və son sözləri “bizim vəkilimiz var get hara istəyirsən şikayət et, biz heç nədən qorxmuruq” oldu”Ədalətsizliklə üzləşən və köməksiz vəziyyətdə qalan vətəndaş bizə müraciət edərək ona kömək etməyimizi xahiş edir.Bolgexeber .com olaraq yaxın zamanda biz məsələni araşdırıb bununla bağlı material hazırlayacayıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.