BolgeXeber.Com » Sosial » Pirdə 8 min manat pul oğurlanıb.

Pirdə 8 min manat pul oğurlanıb.

16-03-2013, 11:05
Oxunub: 5 283 Bakıda pirlərdən birində oğurluq hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə "Nardaran Piri”ndə qeydə alınıb.

Adıçəkilən pirdə ibadətlə məşğul olan, Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Nadir Yusifovun gödəkcəsinin cibindən 8 min manat pul oğurlanıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda oğurluq hadisəsinin üstünün açılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, N. Yusifov Gəncədən Bakıya övladını müalicə etdirmək üçün gəlib və "Nardaran Piri”nə xəstə övladına şəfa diləmək üçün gedibmiş.