BolgeXeber.Com » İdman » "Mənim əvəzimə ayaqlarım danışır" - Messi

"Mənim əvəzimə ayaqlarım danışır" - Messi

3-11-2015, 17:45
Oxunub: 4 522 "Mənim əvəzimə ayaqlarım danışır" - Messi"Ömrüm ötən günlərimi düşünəcək qədər uzun deyil"

Qaynar.info dünya şöhrətli futbolçu Lionel Messinin həyat qaydalarını təqdim edir:

Mənim işim futbol oynamaqdır, futbol isə sevdiyim oyundur.

Mən 12 yaşımdan Barselonada yaşayıram, ancaq bu bir çox argentinalıların düşündüyü kimi məni argentinalı olmadan məhrum etmədi.

Fikrimcə məndə eqo yoxdur. Hər halda o özünü hələ göstərməyib.

Mən Pele, Maradona və ya Di Stefano kimi çempionlara böyük hörmət bəsləyirəm, ancaq onlarla müqayisə olunmağımı istəmirəm. Bu barədə təqaüdə çıxandan sonra danışarıq.

Qurban vermək və istedad hər zaman bir yerdədir.

Sən hər gün yeni nəyisə öyrənsəydin, həyat daha gözəl olardı.

Uşaqlıqdan mən sakit həyat sürmüş və bütün vaxtımı futbola sərf etmişəm. Balaca olanda dostlarım məni gəzməyə çağırsa da, getmirdim, çünki bilirdim ki, sabah məşqim var. O vaxtdan heç nə dəyişməyib. Əgər dostlar məni çağırırsa, evdə qalıram.

Mən özümü mükəmməllik mövqeyindən tənqid etmək üçün ən yaxşı olmağın əleyhinə deyiləm.

Mən uğurumu heç nəylə ölçmürəm. Dünən olanlar dünəndə qaldı, sabah nə olacağı barədə düşünmək lazımdır. Ömrüm ötən günlərimi düşünəcək qədər uzun deyil. Təqaüdə yollananda hər şeyi düşünəcəm.

Mükafatlar yaxşıdır, ancaq onlar məni yox, jurnalistləri narahat etməlidir.

Mən ən yaxşı qolumu deyə bilmərəm. Qollar haqqında gözəllik baxımından yox, vacib və qeyri-vacib deyə düşünürəm. Bax, final qolları həmişə vacibdir.

Hər matçda sanki finaldakı kimi oynayıram.

Bir dəfə oyundan sonra "Arsenal"dan oğlan mənə yaxşınlaşaraq, "sizinlə bir meydançada oynamaq mənim üçün şərəf idi" dedi. Mən isə düşündüm ki, İlahi, bunu indicə uduzan komandanın oyunçusu deyir.

Həyatda udmaq və uduzmaqdan daha önəmli şeylər var.

Ata olmaq hər şeyə yeni gözlə baxmağı öyrənməkdir. Dünən sənin milyon mühüm işin var idi, bu gün isə birdən-birə sənin üçün oğlun ən mühüm olur.

Bəzi anlarda özünə deməlisən: heç kim hər zaman qalib ola bilməz.

Pul məni daha yaxşı oynamağa sövq etmir. Mən özümü hələ də anasından pul dilənərək, küçədə top oynatmağa çıxan uşaq kimi hiss edirəm. Bu hissin yox olacağı gün mən futbolu tərk edəcəm.

Mənə qəribə saç düzümü və gözəl bədən lazım deyil. Sadəcə, ayaqlarımın altına top atın və mən bacardığımı göstərəcəm.

Mənə elə gəlir ki, Ronaldu mükəmməldir və burada heç bir paxıllıq yoxdur. Ronaldu olmasaydı, mən onu üstələməyə çalışmaz, yerimdə sayardım.

Həyatda ən kədərli gün - bundan daha yaxşının olmayacağını düşündüyün gündür.

Mən dünyada ən yaxşı futbolçu olmaqdan daha çox yaxşı insan olmaq üçün narahatam. Əks halda, karyeram bitəndə mən nə ilə qalacam? Yaxşı oğlan kimi yadda qalmaq mənim üçün daha xoş olardı.

Mənim üçün hər zaman üzərində işləməli olduğum nəsə var. Məsələn, mən həm sağ, həm sol ayaqla eyni qədər yaxşı vurmaq istəyirəm.

Argentina təkcə Messi demək deyil.

Mənim əvəzimə ayaqlarım danışır.
Bolgexeber.com
"Mənim əvəzimə ayaqlarım danışır" - Messi
"Mənim əvəzimə ayaqlarım danışır" - Messi
"Mənim əvəzimə ayaqlarım danışır" - Messi
"Mənim əvəzimə ayaqlarım danışır" - Messi