Azərbaycan - Lüksemburq matçı başqa ölkədə keçirilə bilər
11-08-2020, 13:07
Oxunub: 6 249
Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburqla ev matçı neytral meydanda keçirilə bilər.
"Report" xəbər verir ki, bu barədə "Wort.lu" saytı iddia irəli sürüb. UEFA 15 - 20 avqustda videokonfrans formatındakı iclasında Millət Liqası ilə bağlı yekun qərarını açıqlayacaq.
Nəşr qarşılaşmanın başqa ölkədə keçirilmə ehtimalının olduğunu yazıb. Buna səbəb Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlərin olması göstərilib.
Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Paul Filipp bildirib ki, bu məsələ müzakirə edilməlidir. 69 yaşlı funksioner pulu geri ala bilməyəcəkləri üçün hələ ki, çarter reysi sifariş etmək istəmədiklərini deyib. Filipp UEFA-nın milli assosiasiyalarla təmasda olduğunu xatırladıb: "Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib".
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər