Paris-2024 Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb
19-07-2022, 10:30
Oxunub: 592
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb.
Yarışda ilk medallar iyulun 27-də sahibini tapacaq.
Həmin gün idmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, küçə skeytbordinqi, üzgüçülük, suya tullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar.
Olimpiadanın sonuncu günündə - avqustun 11-də isə güləş, atletika (marafon), ağırlıqqaldırma, basketbol, su polosu, trek velosipedi, pentatlon və həndbol üzrə medalların sahibi bəlli olacaq.
Rəsmi bilet satışı 2022-ci ilin dekabrında başlayacaq. Təşkilatçıların sözlərinə görə, satışa 10 milyona yaxın bilet çıxarılacaq. Onların 1 milyondan çoxu 24 avroya, demək olar ki, 50 faizi 50 avroya, üçüncü kateqroriya 100 avroya satılacaq. Qalan 15 faiz isə daha yüksək qiymətə təklif olunacaq. Ən bahalı biletin qiyməti təxminən 950 avro olacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək təşkil olunacaq.
Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- 11-08-2022, 14:30 : Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR - VİDEO
Xəbərlər
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə