BolgeXeber.Com » İdman » Çempionlar Liqasında 1/8 finalçıları bəlli oldu

Çempionlar Liqasında 1/8 finalçıları bəlli oldu

12-12-2013, 12:05
Oxunub: 5 155 UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, E, F, G və H qruplarında VI turun görüşləri keçirilib.

H qrupunun lideri “Barselona” doğma arenada “Seltik”i sınağa çəkib. Kataloniyalılar ilk oyunda minimal hesabla üstələdikləri rəqibi bu dəfə 6 qolla darmadağın ediblər. Qrupdakı digər qarşılaşmada “Milan” öz azarkeşləri qarşısında “Ayaks”ı qəbul edib. İtaliyalılar meydandan qolsuz bərabərliklə ayrılsalar da, növbəti mərhələyə vəsiqəni təmin edə biliblər.

Ən yaxın təqibçisindən 7 xal irəlidə olan G qrupunun lideri “Atletiko” isə Madriddə “Porto”nu sınağa çəkib. Bu oyun ispanlar üçün bir o qədər önəmli olmasa da, meydan sahibləri Portuqaliya təmsilçisini məğlub edib.

Qeyd edək ki, bu görüşlərdən sonra 1/8 finala yüksələn komandalar bəlli olub. “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Milan” (İtaliya), “Zenit” (Rusiya), “Borussiya”, “Şalke” (hər ikisi Almaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə) növbəti mərhələyə yüksəliblər. Qrupda 3-cü yeri tutanlar isə mübarizələrini Avropa Liqasında davam etdirəcəklər.

E qrupu

“Çelsi” (İngiltərə) - “Styaua” (Rumıniya) - 1:0


QOL: Giorgievski, 10 (avtoqol)

“Şalke” (Almaniya) - “Bazel” (İsveçrə) - 2:0

QOL: Draksler, 51, Matip, 57

1 Çelsi 6 4 0 2 12-3 12

2 Şalke 6 3 1 2 6-6 10

3 Bazel 6 2 2 2 5-6 8

4 Styaua 6 0 3 3 2-10 3

F qrupu

“Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə) - 2:0

QOL: İquain, 73, Kalleyon, 90

“Marsel” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) - 1:2

QOL: Diavara, 14 - Levandovski, 4, Qroskroyts, 87

1 Borussiya 6 4 0 2 11-6 12

2 Arsenal 6 4 0 2 8-5 12

3 Napoli 6 3 0 2 10-9 12

4 Marsel 6 0 0 6 5-14 0

G qrupu

"Austriya" (Avstriya) - "Zenit" (Rusiya) - 4:1

QOL: Hosiner, 44, 51, Tomas, 48, Kyenast, 90 - Kerjakov, 35

"Atletiko" (İspaniya) - "Porto" (Portuqaliya) - 2:0

QOL: Qarsiya, 14, Dieqo Kosta, 37

1 Atletiko 6 5 1 0 15-3 16

2 Zenit 6 1 3 2 5-9 6

3 Porto 6 1 2 3 4-7 5

4 Austriya 6 1 2 3 5-10 5

H qrupu

“Milan” (İtaliya) - “Ayaks” (Hollandiya) - 0:0

“Barselona” (İspaniya) - “Seltik” (Şotlandiya) - 6:1

QOL: Pike, 7, Pedro, 40, Neymar, 44, 48, 58, Tello, 72 - Samaras, 88

1 Barselona 6 4 1 1 16-5 13

2 Milan 6 2 3 1 8-5 9

3 Ayaks 6 2 2 2 5-8 8

4 Seltik 6 1 0 5 3-14 3
Bolgexeber.com