Mingəçevir polis rəisi oğrunu niyə həbs etmir?-VİDEO
28-08-2014, 11:00
Oxunub: 4 719
Mingəçevir hüquq- mühafizə orqanları təqsirləndirilən şəxsi azadlığa buraxıblar
Mingəcevir sakini Gülər Nəbiyeva əlacsızlıqdan dilə gəldi. Belə ki,Gülər xanım bildirir ki, 2013-cu ilin avqust ayında market açaraq işlətməyə başlayıb. Ancaq çox keçmədən onun marketini qarət ediblər. Nəticədə market sahibinə umumi dəyəri 5 min manat məbləğində ziyan dəyib. Gulər Nəbiyeva bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də onun müraciətinə baxan tapılmayıb.Çarəsiz qaldığını görən Gulər xanım Bolgexeber TV-yə muraciət edib. Zərəçəkənin sozlərinə gorə o, hətta baş prokuror Zakir Qaralovun da qəbulunda olub və onu məsələdən agah edib. Mingəçevir hüquq-muhafizə orqanları isə marketi qarət edən şəxsin tutulduğunu və cəzasının verildiyini bildirib.
Ancaq saxlanılan şəxsin kim olduğu haqqında heç bir məlumat verməyiblər. Daha sonra isə məlum olub ki, Mingəçevir hüquq- mühafizə orqanları saxlanılan 21 yaşlı şəxsi azadlığa buraxıblar. Zərərçəkən xanım da bu vəziyyətlə razılaşmaq istəməyərək buna öz etirazını bildirib.
Gülər xanımla yanaşı onun qonşuları da şahid kimi çıxış edərək, məsələyə öz münasibətlərini bildiriblər.
Ümid edək ki, aidiyyatı qurumlar Gülər xanımın probleminin həll olunmasında ona yardım edəcəklər. O vaxta kimi isə Gülər xanıma səbr edib,gözləmək qalır!
Gülnarə Bunyatova
Ayət Şükürlü
Bolgexeber. TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər