Yol polisi: “arvadı qabağa vermə, kişi ol” - VİDEO
20-09-2014, 14:35
Oxunub: 5 109
Bakıda yol hərəkəti qaydalarını pozan sürücü yeni çıxış yolu tapıb
Çətinə düşən kimi qadınları qabağa verir və bu yolla qanunun məsuliyyətindən yaxa qurtarmış olurlar
Dünən Bakıda sürücü məsuliyyətdən yaxa qurtarmaq üçün polislə davaya çıxıb. Yol polisi qanun pozuntusuna yol verən "Hyundai" markalı avtomobilin sürücüsünü Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllədə saxlamaq istəyib. Sürücü isə tabe olmayaraq maşını saxlamayıb və yol polisi onu təqib edərək maşını qarşısına verməklə dayandırıb.
Bundan sonra sürücü ilə yol polisləri arasında dava düşüb. Sürücü maşını tərk etmək istəməyib, məsələyə sürücünün yanındakı xanım sərnişini qarışıb. Qarşılıqlı söyüş və təhqirlərdən sonra sürücü tabe olmayaraq məsuliyyətdən yayınıb. Yol polisi məcbur vəziyyətdə qalıb sürücünü sərbəst buraxıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş olub. Yol polisi onu nə qədər çalışsa da, sərxoşluq dərəcəsinin ölçülməsi üçün müayinəyə apara bilməyib.
Məsələ ilə bağlı yol polisinin mövqeyini öyrənməyə çalışırıq. (milli.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər