Ərdoğanın 1000 otaqlı dəbdəbəli sarayı - (Video)
30-10-2014, 18:35
Oxunub: 3 682
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Ankaradakı yeni sarayını qonaqlarına təntənəli şəkildə təqdim edib
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı “Euronews” telekanalı yayıb.
Xəbərdə deyilir ki, Türkiyə prezidentinin 1000 otaqdan ibarət bu ifrat dəbdəbəli sarayı yerli müxalifəti hiddətləndirib. Müxalifətçiləri daha çox sarayın qiyməti qəzəbləndirir. Belə ki, onun tikintisinə 270 milyon avrodan çox vəsait xərclənib.
Türkiyə prezidentinin siyasətindən narazı olan türk siyasətçiləri deyirlər ki, bu monumental bina dövlət başçısının avtokratik idarəetmə metodlarına meylləndiyini göstərir.
Ətraf mühitin mühafizəsi ilə məşğul olan dairələr də belə bir sarayın ucaldılmasından narazılıqlarını bildiriblər. Onlar deyir ki, tikinti işləri aparılan zaman yüzlərlə ağac məhv edilib.
Qeyd edək ki, bu saraydan əvvəlcə baş nazirin iqamətgahı kimi istifadə olunacağı nəzərdə tutulurdu. Amma Ərdoğan prezident kürsüsünə əyləşən kimi plan da dəyişdi və saray onun sərəncamına keçdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər