Saakaşvilinin silahdaşı, Poroşenkonun məsləhətçisi öldü
14-11-2014, 14:40
Oxunub: 3 381
Gürcüstanın sabiq iqtisadiyyat naziri, ölkədə iqtisadi islahatların müəllifi Kaxa Bendukidze dünyasını dəyişib
Bendukidzenin London mehmanxanalarından birində ürək tutmasından öldüyü deyilir.Onun İsveçrədə kardioloji klinikada müalicə aldığı bildirilir. K.Bendukidze Rusiyada 1990-cı illərdə bizneslə məşğul olub. O, “Birləşmiş maşınqayırma zavodları” şirkətinin əsasını qoyub. Sabiq nazir 2004-cü ilə qədər Rusiya Sənaye Sahibkarları İttifaqının vitse-prezidenti olub və “Qızılgül inqilabı”ından» sonra Gürcüstana qayıdıb. Bendukidze 2004-2008-ci illərdə Gürcüstan hökumətində iqtisadi islahatlar üzrə nazir və iqtisadiyyat naziri işləyib. Bu vaxt ərzində Gürcüstan biznesin idarə edilməsinin yüngüllüyü üzrə dünyanın ölkələrinin birinci iyirmiliyinə daxil olub.
O, Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən kənar edilməsindən sonra Kiyevə gəlib. Ukraynada isə Bendukidze prezident Pyotr Poroşenkonun məsləhətçisi təyin olunmuşdu.publika.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər