BolgeXeber.Com » BÖLGƏ TV » Xaləddin İsgəndərova yerində verilmiş sual: - Bu yoldan bir dəfə keçin - VİDEO

Xaləddin İsgəndərova yerində verilmiş sual: - Bu yoldan bir dəfə keçin - VİDEO

28-01-2015, 11:25
Oxunub: 2 757 İki ilə yaxındır ki, bu qədər acınacaqlı vəziyyətdə olan küçəyə Binəqədi rayon İcra Hakimiyyəti əl gəzdirmək istəmir

Bu yol Binəqədi rayonunun kənd ərazilərini əhatə edən hissəsi deyil; bu yol heç paytaxtdan bir addım uzaqda da yerləşmir
Gördüyünüz bu mənzərə Bakının 7-ci m/r ərazisindəki Süleyman Sani Axundov küçəsidir. Hər gün burdan yüzlərlə marşrut avtobusunun şəhərin mərkəzinə işlədiyini, özü ilə bərabər hansı zibilləri haralara daşıdığını, hər gün burdakı ofislərə işləməyə gələn 200-dən artıq jurnalisti (“Teleqraf” MMC-nin yerləşdiyi ərazidir) təsəvvür edin.

İki ilə yaxındır ki, bu qədər acınacaqlı vəziyyətdə olan küçəyə Binəqədi rayon İcra Hakimiyyəti əl gəzdirmək istəmir. Bu küçənin başında yenicə inşa edilən toyxananın (şadlıq sarayının) ətrafı dərhal abadlaşdırıldı, küçənin ordan keçən hissəsi də təxminən 100 metrlik hissədə ən müasir standartlara uyğunlaşdırıldı və bunları Bakı meriyasına aid ustalar, fəhlələr və avtomobillər etdi. Amma o yüz metr təmir daha 200 metr uzanmadı – çünki toyxananın deyil, daha sonra sakinlərin, ziyalıların və redaksiyaların həyəti gəlirdi…

Binəqədi icra başçısına müraciət etmək istərdik: Siz özünü Bakının yaraşıqlı simasına 7-ci mikrorayondakı bu bərbad küçəni necə yaraşdırırsınız? Cəmi 200 metrlik bir ərazini cari təmir edib qürurunu yaşamaq 2 ildir bu küçənin bu vəziyyətdə qalması biabırçılığından daha aşağı ictimai-psixoloji mənzərəmi sayılır? Yoxsa, başladığınız nəcib bir “Təmiz Binəqədi” layihəsinin ayrılmaz tərkib hissəsi və layihənin simasımı sayırsınız S.S.Axundov küçəsini?