Bakıda taksi sürücüsü özünü yandırıb (VIDEO)
28-01-2015, 22:10
Oxunub: 3 989
Hadisə şahidlərinin dediyinə görə, Arzuman Hümbətov Nəqliyyat Nazirliyinin müfəttişlərinə etiraz olaraq bu addımı atıb
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə yanvarın 28-də “20 Yanvar” dairəsinin yaxınlığında baş verib.
Bakı şəhər sakini taksi sürücüsü, 39 yaşlı Arzuman Hümbətov üstünə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Yanıq Mərkəzindən verilən məlumata görə Arzuman Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır.
Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və yaralı xəstəxanaya aparılıb.
Hadisə şahidlərinin dediyinə görə, Arzuman Hümbətov Nəqliyyat Nazirliyinin müfəttişlərinə etiraz olaraq bu addımı atıb.
Yasamal rayon Polis İdarəsindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov apa-ya bildirib ki, özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür:
"O, qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib.
Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır".
Namiq Həsənov əlavə edib ki, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti normaldır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər