BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtda Yol polisi qayda pozdu, kameraya düşdü - VİDEO

Sumqayıtda Yol polisi qayda pozdu, kameraya düşdü - VİDEO

18-03-2015, 16:16
Oxunub: 3 921 Sumqayıtda Yol polisi qayda pozdu, kameraya düşdü - VİDEOSumqayıtda DYP avtomobili heç bir xəbərdarlıq etmədən qayda pozub təhlükə yaradır

Sumqayıt şəhərində Yol-Putrul Xidməti (YPX) avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verərək başqa sürücülər üçün təhlükə yaradır.

Həmin görüntüləri oxuculardan biri avtosfer.az-a göndərib. Bir neçə gün əvvəl Sumqayıt şəhərinin mərkəzi küçələrindən birində çəkilən videodan aydın olur ki, "BMW" markalı, 10-YP-962 dövlət nömrə nişanlı DYP avtomobili işıqforun qırmızı işığından əvvəlcə dayansa da, sonradan hərəkəti davam etdirir. Bu zaman avtomobili idarə edən YPX əməkdaşı nə sayrışan işıqlardan, nə də xüsusi səs siqnalından istifadə edir. Bu hərəkəti ilə o, başqalarına təhlükə də yaradır.

Bu qayda pozuntusuna görə həmin avtomobili idarə edən YPX inspektoru İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 3 bal və 60 manat və cərimə oluna bilər. Çünki o, üstünlük hüququndan istifadə edərkən qaydalara əməl etmir. Bu da imkan verir ki, onu adi sürücülər kimi cərimələsinlər...