BolgeXeber.Com » BÖLGƏ TV » Bizə nə əti yedirirlər? – VİDEO

Bizə nə əti yedirirlər? – VİDEO

6-04-2015, 14:50
Oxunub: 2 680 Bizə nə əti yedirirlər? – VİDEOQalıq ət iki gün satışda saxlanılır, sonra isə...

Hamımızın gündəlik rasionumuza daxil etdiyimiz ət hardan əldə olunur və necə kəsilir?

BOLGEXEBER.COM xəbər verir ki, ANS TV-nin məlumatına görə, bazarlarda hər gün əhaliyə tonlarla ət satılır. Amma bazara girəndə ətin ağır qoxusunu elə ilk anda hiss etmək olar. Təzə bazarda da natəmizlik göz önündə idi.

Satıcılar deyir ki, əti hər gün təzə-təzə ət kəsimi məntəqələrindən alırlar. Qalıq ət iki gün satışda saxlanır. Daha sonra isə farş şəkilində satılır. Bu yerdə isə həm farş çəkən maşınlar, həm də satıcılar əllərini soyuq su ilə və sabunsuz antisanitar vəziyyətdə yuyurlar.

Bazarın baytar həkimi burada satılan ətlərin tam keyfiyyətə və standartlara uyğun olduğunu düşünür. Elə onun təmsil etdiyi baytarlıq xidmətinin qaydalarına əsasən bazarda satılan ət yalnız alıcının istəyi ilə sümükdən ayrılaraq satıla bilər.

Bazarda ətlərin yoxlanışını həyata keçirən laborotoriya da var. Baytar həkim 5-6 muasir tipli aparat göstərərək bildirir ki, bu avadanlıqlar vasitəsi ilə ətin keyfiyyəti bir neçə dəqiqə ərzində yoxlanılır.

Əslində qayda qanuna görə, paytaxtda satılıan hər kiloqram ət və ət məhsulu Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Xidməti tərəfindən yoxlanıldıqdan sonra satışa çıxarılmaldır. Bazarlarda bu qaydalara yaxşı-pis müəyyən qədər nəzarət olsa da, dükanlarda ümumiyyətlə kim necə gəldi ət satır.

Satıcı bildirdi ki, ət bazara daxil olmazdan öncə həkim nəzarətdindən keçir. Həkim icazəsindən sonra ətin bazarda satışına başlanılır.

Ölkədə ət satışının sanitar-gigienik normalarına isə Gigyena və Epidemialogiya Mərkəzi nəzarət edir. Amma qurumun rəsmisi bu nəzarətin yetərli olmadığını özü də etiraf edir.

Gigyena və Epidemiaalogiya Mərkəzinin rəsmisi İmran Abdullayev deyir ki, ət soyuduculu maşınlarda daşınmalıdır. Amma hazırda buna əməl edən yoxdur. O düşünür ki, bu kimi halların qarşısını almaq üçün tədbiq olunan tədbirlər bir az daha sərtləşdirilməlidir.

Yediyimiz ətin mənşəyi ilə də maraqlandıq. Məlum oldu ki, biz hələ də özümüzü tam şəkildə yerli istehsalla təmin edə bilmirik. Elə bu səbəbdən də Rusiyadan Hindistandan ət alırıq.

İqtisadçı Vahid Məhərrəmov bildirdi ki, ət istehlakı təxminən 250-260 min tondur. Bundan əlavə 10 min ton ət isə idxal olunur. Azərbaycana 300 min baş diri heyvanlar gətirilir ki, bununda 95%-i kəsimə gedir. Səhiyyə təşkilatı tərəfindən müəyyən edilir ki, adambaşına düşən ətin çəkisi 84 kiloqramdır. Amma Azərbaycanda bunu yalnız 30%-i adambaşına ödənilə bilinir.

İqtisadçı bir məlumat da açıqladı ki, son 1 il ərzində ölkədə 100 min başdan çox camış kəsilərək ətlik kimi istehlak olunub. Ancaq bu ətlər ümümi bir ad altında mal əti kimi satışa çıxarılır. Maraqlıdır ki, satış mərkəzlərində camış əti yazılan lövhələrə rast gəlinmir. Onda çətin ki, alıcı da aldığı ətin camış, yaxud dana əti olduğunu aydınlaşdıra bilsin.
BOLGEXEBER.COM