BolgeXeber.Com » BÖLGƏ TV » ŞOK: “1800 avroya suriyalı ikinci həyat yoldaşı” – VİDEO

ŞOK: “1800 avroya suriyalı ikinci həyat yoldaşı” – VİDEO

9-04-2015, 10:36
Oxunub: 2 813 ŞOK: “1800 avroya suriyalı ikinci həyat yoldaşı” – VİDEOAlman nəşri Şanlıurfada suriyalı bir qadının 5 min lirəyə (təxminən 1800 avro) alındığını qeyd edib

Almaniyanın “Der Stern” jurnalı ölkəsindəki müharibədən qaçaraq Türkiyəyə sığınmağa məcbur olan suriyalı qadınların faciəsini bir başqa aspektdən qələmə alıb.

Publika.az xəbər verir ki, jurnal iqtisadi çətinliklər içində olan suriyalı qadın və qızların türk kişiləri tərəfindən ikinci, üçüncü, hətta dördüncü həyat yoldaşı olaraq pulla alındığını yazıb.

“1800 avroya suriyalı ikinci həyat yoldaşı” başlığı ilə verilən xəbərdə Türkiyənin bir çox bölgəsində çoxarvadlılığın olduğu bildirilir. Qeyd olunur ki, Türkiyədə qanuni olaraq birarvadlılıq olmasına baxmayaraq, dini kəbinlə iki, üç, hətta dörd arvadlılığa rast gəlinir.

Alman nəşri Şanlıurfada suriyalı bir qadının 5 min lirəyə (təxminən 1800 avro) alındığını qeyd edib.