BolgeXeber.Com » BÖLGƏ TV » Sabirabadda bayrağımıza qarşı hörmətsizlik-VIDEO

Sabirabadda bayrağımıza qarşı hörmətsizlik-VIDEO

10-04-2015, 16:24
Oxunub: 4 238 Sabirabadda bayrağımıza qarşı hörmətsizlik-VIDEOSabirabadın mərkəzində dalğalanan cırıq bayrağı görəndə adamı məyusluq hissi bürüyür...

Hər bir millətin bayrağı onun milli kimliyinin , dilinin, mədəniyyətinin , bir sözlə milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki , millət onda öz keçmişini , bu gününü görür . Başımız üzərində dalğalanan üç rəngli bayrağamız fəxrimiz ,qürur mənbəyimizdir. Dahi şair Bəxtiyar Vahabzadənin öz şeirində dediyi kimi
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Lakin Sabirabadın mərkəzində dalğalanan cırıq bayrağı görəndə adamı məyusluq hissi bürüyür. Rayonda səfərdə olan əməkdaşımız bu mənzərəyə laqeyd qalmayaraq gördüyünüz kadrları lentə alıb. Görünür bu hal rayon icra hakimiyyəti və digər rəsmi qurumların diqqətini çəkmir.
BTV olaraq biz bu hörmətsizliyə laqeyd qalmayaraq , məsələyə aydınlıq gətirmək məqsədilə Sabirabad rayon icra hakimiyyətilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. Zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki , Sabirabad rayonunun mərkəzində, Heydər Əliyev prospektində yerləşən “Bayraq meydanı” nda dalğalanan Azərbaycan Bayrağı hündürlüyünə görə respublikada 3-cü yerdədir.