BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda müəllimlər nəyə etiraz etdi?-VİDEO

Bakıda müəllimlər nəyə etiraz etdi?-VİDEO

17-04-2015, 10:26
Oxunub: 3 245 Bakıda müəllimlər nəyə etiraz etdi?-VİDEOPaytaxtda onlarla müəllim dünən 95 saylı tam orta məktəbin qarşısında etiraz əlaməti olaraq bir yerə toplaşıb.

BOLGEXEBER.COM-un ANS TV-yə istinadən məlumatına görə, paytaxtın 5 rayonunun müxtəlif təhsil ocaqlarını təmsil edən müəllimlər deyiblər ki, onlar ora bir saat əvvəldən çağırılıblar.

Məlum olub ki, müəllimlər imtahan verməli olacaq. Ancaq onlar etiaz edərək imtahana girməyiblər. Bildiriblər ki, imtahana yalnız 95 saylı məktəbin pedaqoqları daxil olub. Dediklərinə görə, artıq ikinci dəfədir imtahan verirlər, hətta sertifakatla da təmin olunublar.

Təhsil Nazirliyinin əməkdaşları isə bildiriblər ki, hazırda təhsil ocağında imtahan deyil, sadəcə sınaq imtahanlarında aşağı nəticə göstərmiş müəllimlərin təlim kursu təşkil edilib. Sadəcə müəllimlər arasında anlaşmazlıq yaranıb. Təhsil işçilərinin bilik səviyyəsi qiymətləndirilən kursda müəllimlər könüllü və pulsuz şəkildə iştirak edə bilərlər.

Nazirliyin nümayəndəsi müəllimləri əmin edib ki, kursda iştirak etmədiyinə görə heç kəs cəzalandırılmayacaq. Bundan əlavə, o da vurğulanıb ki, bu tip qiymətləndirmələr yay aylarına qədər davam edəcək.
BOLGEXEBER.COM