BolgeXeber.Com » BÖLGƏ TV » Gəncə Dövlət Universitetində qanunsuzluqlar bitmir-VİDEO

Gəncə Dövlət Universitetində qanunsuzluqlar bitmir-VİDEO

17-04-2015, 11:26
Oxunub: 4 061 Gəncə Dövlət Universitetində qanunsuzluqlar bitmir-VİDEOGəncə Dövlət Universitetində qanunsuzluqlar gündəmdən düşmür

Universitetdə heç bir ciddi islahatlar aparılmır , nəticədə neqativ hallar arataraq gündəmi zəbt edir. BTV-yə daxil olan şikayət məktubları bunları deməyə əsas verir. Bizə daxil olan şikayətlərdə bir çox qanunsuzluqlardan söz açılır . Şikayətçilər bildirir ki , burada tələbələri rüşvət müqabilində aylığa, illiyə dərslərdən azad edirlər. Universtitedəki qanunsuzluqlar təkcə bununla bitmir. Şikayətlərdə o da əks olunur ki ,təhsil ocağında korrupsiya da baş alıb gedir. Hətta bir müddət əvvəl universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyən Vaqif Rəhimov öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi aşkar edilmişdi. Məktublarda o da qeyd edilir ki,universitetin rektoru Yusif Yusifov məcburi olaraq kadr islahatları həyata keçirir.
Biz də çoxsaylı şikayətlərə laqeyd qalmayaraq , bütün deyilənləri araşdırmağa çalışdıq. Məsələ ilə bağlı Gəncə Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Maqbed Əhmədovla əlaqə saxladıq. O, universitet ətrafında dolaşan bütün iddilara aydınlıq gətirərək deyilənlərin əsassız olduğunu söylədi. Daim problemləri işıqlandırıb , şikayətləri nəzərə alan BTV bu məsələni də diqqətdə saxlayacaq.
BOLGEXEBER.COM