BolgeXeber.Com » BÖLGƏ TV » Goranboyun millət vəkili seçicilərindən təşəkkür umur-VIDEO

Goranboyun millət vəkili seçicilərindən təşəkkür umur-VIDEO

1-05-2015, 14:18
Oxunub: 3 912 Goranboyun millət vəkili seçicilərindən təşəkkür umur-VIDEOHər 5 ildən bir baş tutan parlament seçkilərində təbliğat-təşviqat kampaniyası zamanı namizədlər öz seçicilərinə şirin vədlər verir,arzusunda olduğu posta yüksəlmək məqsədilə sakinlərin arzularına çıraq tutur

BTV bildirir ki,seçkilər yekunlaşdıqdan sonra isə onların əksəriyyəti verdikləri vədləri də elə öz seçicilərini də unudurlar .Sorğumuzun nəticəsindən də göründüyükimi Mahir Aslanov da bu qəbildən olan millət vəkillərindəndir.Biz sakinlərin söylədiklərini , səsləndirdikləri şikayətləri əsas tutaraq, bütün ittihamlara aydınlıq gətirmək məqsədilə millət vəkili ilə əlaqə saxladıq. Suallarımızı Mahir Aslanovun köməkçisi Yalçın Qələndərov cavablandırdı. O bildirdi ki,sakinlərin əksəriyyəti şifahi şəkildə müraciət edir və belə olanhalda hamını razı salmaq qeyri –mümkündür. Göründüyü kimi Mahir Aslanov vəzifə borcunu yerinə yetirəcəyi halda əvəzində seçicilərindən təşəkkür alacağını umur. Və nəticədə nə seçicilərini görüb nə də hər hansısa bir şikayətlərini eşidib.

BOLGEXEBER.COM