BolgeXeber.Com » BÖLGƏ TV » Cahangir Hacıyevə futbolçulardan qeyri-adi etiraz (VİDEO)

Cahangir Hacıyevə futbolçulardan qeyri-adi etiraz (VİDEO)

1-05-2015, 20:35
Oxunub: 2 578 Cahangir Hacıyevə futbolçulardan qeyri-adi etiraz (VİDEO)Azərbaycan Premyer Liqasının XXXII turunun Zaqatalada hazırda davam edən "Simurq" - "İnter" qarşılaşmasının əvvəllərində qeyri-adi hadisəyə rast gəlinib

Sport7.az xəbər verir ki, baş hakim Fariz Yusifovun start fitindən sonra "Simurq"un futbolçuları klubun düşdüyü maddi duruma etiraz əlaməti olaraq meydançada yerə oturublar.

Bunu klubun texniki zonasında olan futbolçular da edib. Təxminən 1 dəqiqədən sonra Zaqatala komandasının futbolçuları ayağa qalxaraq oyuna davam etməyə başlayıblar. Bəziləri bunu "Qarabağ"la kubok matçındakı hakim səhvi ilə əlaqələndirsə də, əslində "Simurq" futbolçularının 4 aydır ki, maaş üzünə həsrət qalması futbolçuların bu addımı atmasına səbəb olub.

Bu durumun məhz Beynəlxalq Bankın keçmiş rəhbəri olan Cahangir Hacıyevin sponsoru olduğu "İnter"lə görüşdə edilməsi isə təsadüfi deyil. Çünki Hacıyev bilavasitə "Simurq"un da sponsorlarından sayılırdı. Görünür, "Simurq"lu futbolçular məhz bu addımı "İnter"lə görüşdə etməklə diqqəti öz üzərlərinə çəkmək istəyiblər.

Qeyd edək ki, hazırda bu görüşdə ilk hissədən sonra "Simurq" hesabda geridədir - 2:3. Bu məğlubiyyətlə "Simurq"un avrokuboklara yolu tamamilə bağlanılacaq.
BOLGEXEBER.COM