BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabad sakinləri millət vəkilini tanıyırımı? - VİDEOSORĞU

Cəlilabad sakinləri millət vəkilini tanıyırımı? - VİDEOSORĞU

4-05-2015, 18:08
Oxunub: 3 159 Cəlilabad sakinləri millət vəkilini tanıyırımı? - VİDEOSORĞUXəbər verdiyimiz kimi aprel ayından etibarən Deputat və seçici adlı layihəmiz start götürüb . Biz də layihə çərçivəsində paytaxtda və bölgələrdə sorğu apararaq hər dəfə müxtəlif cavablar almışıq. Bu dəfə isə sorğumuzu paytaxtdan 211 km uzaqlıqda - Cəlilabad rayonunda apardıq. Görək rayon sakinləri seçdikləri millət vəkilini tanıyırmı? Sorğunun nəticəsindən göründüyü kimi Cəlilabad sakinləri öz seçdiyi millət vəkili Malik Həsənovu tanıyır və onun rayonda gördüyü işləri xüsusi vurğulayır. Biz də sorğumuzun sonunda Malik Həsənovla əlaqə saxlamağa çalışdıq. Saullarımızı millət vəkilinin köməkçisi Sahil Məmmədov cavablandırdı. Onun sözlərinə görə hər bayramda millət vəkili rayona səfər edir , şəhid ailələrinə , xüsusilə, aztəminatlı ailələrə yardım göstərilir.Sahil Məmmədov BTV-yə müsahibəsində onu da söylədi ki , bu günə qədər göndərilən məktubların heç biri cavabsız qalmayıb.
Malik Həsənovun bu ilki seçkilərdə yenidən millət vəkili seçiləcəyinə əminik. Belə olan halda hər zamanki kimi, seçicilərimizin problemlərini dinləyib, onlara xüsusi qayğı ilə yanaşacağıq. bu sözləri Sahil Məmmədov xüsusilə vurğulayıb.
Xatırladaq ki , Malik Həsənov 2010 cu ildə keçirilən parlament seçkilərində 54.35 % səslə Cəlilabad şəhər üzrə millət vəkili seçilib.
Bolgexeber.com