BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan karateçiləri erməniləri niyə döydü? - VİDEO

Azərbaycan karateçiləri erməniləri niyə döydü? - VİDEO

8-05-2015, 17:06
Oxunub: 2 788 Azərbaycan karateçiləri erməniləri niyə döydü? - VİDEOGürücüstanın paytaxtı Tiflis şəhərində keçirilən karate üzrə dünya çempionatında Azərbaycan və Ermənistan idmançıları arasında düşən kütləvi davanın təfərrüatları məlum olub

Dünya Şotokan-Karate Birliyinin prezidenti Renat Əliyevin ans-ə verdiyi məlumata görə, insident idmançımız Turqut Həsənovun qalibiyyətindən sonra baş verib. İdmançımızın qələbəsini həzm edə bilməyən ermənilər meydançaya giriblər. Komandamızın üzvləri erməniləri geri oturdaraq meydandan qovublar.

Qeyd edək ki, Tiflisdə keçirilən dünya çempionatında iştirak edən yığmamız 18 qızıl medalla komanda birinciliyində qalib olub. 7 dəfə erməni idmançılarla üz-üzə gələn təmsilçilərimiz hər bir halda qalib gələn tərəf olub. Bu da erməniləri özündən çıxarıb.

Həvəskar videoçəkilişdən görünür ki, həmyerlilərimiz erməniləri meydandan qovublar.
BOLGEXEBER.COM