BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtın Bombeyə bənzəyən küçəsi - VİDEO

Sumqayıtın Bombeyə bənzəyən küçəsi - VİDEO

9-05-2015, 14:03
Oxunub: 2 346 Sumqayıtın Bombeyə bənzəyən küçəsi - VİDEOSumqayıt şəhər 20 yanvar küçəsini, Karvan Ticarət Mərkəzinin və Nizami parkının bu küçəyə aid olan hissəsini Hindistanın bəzi şəhərləri ilə müqayisə etmək olar

Antisanitariya, səs-küy, addımbaşı qanunsuz olaraq satılan bir çox məhsulların qoxusu, nəqliyyatın sıxlığı, avtomobillərin harda gəldi saxlaması, xüsusən 30 və digər bir neçə marşrut avtobusların qanunsuz olaraq 20 yanvar küçəsi ilə Nizami küçəsinin kəsişməsini dayanacaq kimi istifadə etməsi bunu deməyə əsas verir.
Yəqin ki, şəhər rəhbərliyi bu küçəyə "əl gəzdirəcək". Əks halda, qonaqlarımızı şəhərin bu mərkəz hissəsindən keçirməyə hər zaman ehtiyat edəcəyik.
BOLGEXEBER.COM Sumqayıt TV-nin problemlə bağlı hazırladığı görüntünü təqdim edir.