BolgeXeber.Com » BÖLGƏ TV » Ziya Məmmədovun müfəttişləri sürücünü yerə yıxdılar, vətəndaşın telefonunu sındırdılar-VİDEO

Ziya Məmmədovun müfəttişləri sürücünü yerə yıxdılar, vətəndaşın telefonunu sındırdılar-VİDEO

12-05-2015, 20:06
Oxunub: 2 538 Ziya Məmmədovun müfəttişləri sürücünü yerə yıxdılar, vətəndaşın telefonunu sındırdılar-VİDEOBu azmış kimi Nəqliyyat müfəttişləri görüntüləri lentə alan vətəndaşlara qarşı kobud rəftar edərək əllərindəki mobil telefonları alıb görüntüləri silməsini tələb ediblər...

BOLGEXEBER.COM bildirir ki,interAz-a daxil olan görüntülərdə məlum olur ki, Nəqliyyat Departamentinin işçiləri “20 yanvar” metrosu yaxınlığında 85BX774 nömrələri ford marşrutun qarşısını kəsib və sürücünü zorla aşağı düşürüblər.

Bu zaman sürücünün halı pisləşib və yerə yıxılıb.

Ətrafdakı vətəndaşlar buna öz narazılığını bildirib. Bu azmış kimi Nəqliyyat müfəttişləri görüntüləri lentə alan vətəndaşlara qarşı kobud rəftar edərək əllərindəki mobil telefonları alıb görüntüləri silməsini tələb ediblər. Vətəndaşlar bir neçə mobil telefonun sındırıldığını da bildirib.

Hadisənin görüntülərini sizlərə təqdim edirik:
BOLGEXEBER.COM