BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıt İH-ni məhkəməyə verən şəxsə təzyiq edilir-VİDEO

Sumqayıt İH-ni məhkəməyə verən şəxsə təzyiq edilir-VİDEO

4-07-2015, 14:58
Oxunub: 3 391 Sumqayıt İH-ni məhkəməyə verən şəxsə təzyiq edilir-VİDEOAnar Süleymanov bildirir ki ,heç bir qanuna əsaslanmayan,qondarma məhkəmə təşkil edərək onun Maştağa qəsəbəsind psixi – ekspertizaya göndəriblər

Sumqayıt Dövlət Dram Teatrının işçisi Anar Süleymanov artıq 3-cü dəfədir ki , BTV-yə Sumqayıt şəhər icra hakimiyyətindən şikayət məktubu ünvanlayır. Xatırlatma üçün bildirək ki , bundan öncəki şikayətlərində Anar Süleymanov Sumqayıtda icra hakimiyyətinin qanunsuz olaraq ağacları məhv etməsindən və bu hadisəyə etiraz etdiyinə görə təzyiqlərə məruz qalaraq psixi xəstə kimi qələmə verilməsindən bəhs etmişdi. Onun bu dəfə ki , şikayəti də digərlərindən fərqlənmir. Anar Süleymanov bildirir ki , heç bir qanuna əsaslanmayan , qondarma məhkəmə təşkil edərək onu Maştağa qəsəbəsindəki psixi – ekspertizaya göndəriblər.
Sonda Anar Süleymanov ölkə başçısına müraciət edərək , məsələnin həllində ona yardım edilməsini xahiş edib.