BolgeXeber.Com » BÖLGƏ TV » Milli Məclisin “danışan” və “danışmayan” millət vəkilləri-VİDEO

Milli Məclisin “danışan” və “danışmayan” millət vəkilləri-VİDEO

5-08-2015, 17:38
Oxunub: 2 537 Milli Məclisin “danışan” və “danışmayan” millət vəkilləri-VİDEOBəzi millət vəkilləri öz seçicilərinin yanında olub problemlərini həll etməyə çalışsa da , təəssüf ki , bir çoxu seçicilərinin yaddaşında danışmayan millət vəkili kimi qalıb

Məlum məsələdir ki , qarşıdan parlament seçkiləri gəlir. Millət vəkilləri yenidən seçim hüququ qazanmaq məqsədilə seçicilərinə vədlər verməyə başlayacaq. Lakin reallıq odur ki , millət vəkillərinin əksəriyyəti verdiyi vədlərə əməl etmir. Biz də bölgələrdə və paytaxtda “ Deputat və Seçici “ rubrikası həyata keçirərək , əhalinin fikrini öyrənməyə çalışdıq. Sorğumuzun yekun nəticəsindən belə aydın oldu ki , bəzi millət vəkilləri öz seçicilərinin yanında olub problemlərini həll etməyə çalışsa da , təəssüf ki , bir çoxu seçicilərinin yaddaşında danışmayan millət vəkili kimi qalıb.Bu cür deputatlara 96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputat seçilən Mahir Aslanovu və 78 saylı Lerik seçki dairəsindən seçilən millət vəkili İqbal Məmmədovu nümunə gostərmək olar…Belə ki,keçirdiyimiz sorğular nəticəsində məlum oldu ki,bu deputatların seçicilərə verdiyi vədlər elə vəd olaraq da qalıb. Danışmayan deputatlardan fərqli olaraq milli məclisdə hər zaman öz çıxışları ilə problemlərin həlli üçün çalışan və Binəqədi rayon 8 saylı I seçki dairəsi üzrə seçilən spiker Oktay Əsədovu seçicilər çox yaxsı tanıyır və ondan razılıqlarını bildirirlər.BTV bildirir ki,seçicilərin sözlərinə görə, Oqtay Əsədov Binəqədi rayonunda aparılan quruculuq işlərinin həyata keçirilməsində əlindən gələni əsirgəmir , sakinlərin sosial problemlərinin həllində lazımı addımlar atır.
Xalqın gözü tərəzidir deyirlər. Ümid edirik növbəti seçkilərdə xalq deputatlığa namizəd olanlara layiq olduğu dəyəri verəcək!
Bolgexeber.com