BolgeXeber.Com » BÖLGƏ TV » Fəzail Ağamalı seçicilərə verdiyi vədlərə əməl edibmi?(VİDEO)

Fəzail Ağamalı seçicilərə verdiyi vədlərə əməl edibmi?(VİDEO)

26-08-2015, 16:25
Oxunub: 4 572 Fəzail Ağamalı seçicilərə verdiyi vədlərə əməl edibmi?(VİDEO)Fəzail Ağamalı bir millət vəkili olaraq öhdəsinə düşən işi məsuliyyətlə yerinə yetirir və buna görə də Salyan rayon sakinləri onu yenidən millət vəkili kürsüsündə görmək istəyirlər

Parlament seçkilərinə 3 aydan az vaxt qalsa da, ölkədə seçkiqabağı hər hansı aktivlik nəzərə çarpmır. Buna baxmayaraq, digər tərəfdən artıq uzun müddət millət vəkili kürsüsündə əyləşənlər yenidən seçicilərinin rəğbətini qazanmağa çalışır. Biz də ötən 5 il ərzində aktivlik nümayiş etdirən və ya əksinə seçiciləri tərəfindən istənməyən millət vəkilləri haqqında sorğu aparamaq qərarına gəldik və bu dəfə yolumuz Salyan rayonuna oldu. Apardığımız sorğu zamanı belə məlum oldu ki , 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilən Fəzail Ağamalı seçicilərin rəğbətini qazana bilib. Sakinlərin sözlərinə görə millət vəkilinin 10 illik fəailiyyət dönəmini Salyan rayonun çiçəklənmə dövrü hesab etmək olar. Belə ki ,rayona qaz çəkilişi , kəndlərdə bağçaların inşa edilməsində Fəzail Ağamalının böyük rolu olub. “Fəzail Ağamalı millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdən seçiciləri ilə mütamadi olaraq görüşlər keçirib, onların problemləri ilə şəxsən maraqlanıb” bu sözləri AVP-nin mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova BTV-yə müsahibəsində bildirib. Hər halda görünən odur ki, Fəzail Ağamalı bir millət vəkili olaraq öhdəsinə düşən işi məsuliyyətlə yerinə yetirir və buna görə də Salyan rayon sakinləri onu yenidən millət vəkili kürsüsündə görmək istəyirlər.
Bolgexeber.com