BolgeXeber.Com » BÖLGƏ TV » Güləşçimiz yarışdan qovuldu - Video

Güləşçimiz yarışdan qovuldu - Video

11-11-2015, 15:41
Oxunub: 2 822 Güləşçimiz yarışdan qovuldu - VideoAvropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb

Bolgexeber.com qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.

125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.