BolgeXeber.Com » BÖLGƏ TV » Siqnal sürücünü çaş-baş saldı, görün nələr etdi - VİDEO

Siqnal sürücünü çaş-baş saldı, görün nələr etdi - VİDEO

13-03-2016, 12:39
Oxunub: 2 855 Siqnal sürücünü çaş-baş saldı, görün nələr etdi - VİDEOYaşlı kişi siqnala əsəbiləşib avtomaşın hərəkətdə ola-ola yerə düşdü

Yaşlı kişi idarə etdiyi avtomobillə köməkçi yoldan əsas yola keçdikdə sərt tormozlanmadan istifadə edir. Arxadakı sürücü isə əlini siqnala qoyur. Avtosfer.az xəbər verir ki, siqnaldan əsəbiləşən "Mercedes" A-class-ın sürücüsü avtomobildən enib əli ilə "Yol ver" nişanını göstərmək istəyir, lakin maşını "D" (Drive) rejimində qaldığı üçün gedir. Yaşlı özünü itirir, avtomobilə əyləşib tormoz əvəzinə qaz pedalını sıxır, qəzadan son anda qurtulur. Bir qədər getdikdən sonra isə yolun kənarına çıxmasından aydın olur ki, o, əməlli-başlı həyəcanlanıb.
Qeyd edək ki, görüntülər Kaliforniyadandır.

Əziz sürücülər, sərt tormozlanmadan yalnız qəzanın qarşısını almaq üçün istifadə etmək lazımdır. Əks halda, buna yol verilmir. Əyləci aramla basmaq lazımdır ki, arxadan gələn hərəkət iştirakçıları və özünüz üçün təhlükə törətməyəsiniz. Və məsləhətdir ki, siqnal verənlərə əhəmiyyət vermədən, əsəbinizi korlamadan yolunuza davam edəsiniz.
Bolgexeber.com