BolgeXeber.Com » BÖLGƏ TV » Bölgələrə hərəkət edən əksər avtobuslarda kondisioner yoxdur-VİDEO

Bölgələrə hərəkət edən əksər avtobuslarda kondisioner yoxdur-VİDEO

21-06-2016, 10:03
Oxunub: 2 890 Bölgələrə hərəkət edən əksər avtobuslarda kondisioner yoxdur-VİDEOSərnişinlərin şikayəti kondisonersiz avtobuslardandır

Havaların istiləşməsi isə problem yenidən aktuallaşıb. Paytaxtdan bölgələrə hərəkət edən əksər avtobuslarda kondisioner yoxdur. Vəziyyət xüsusilə də gündüz uzaq yol gedən sərnişinləri narahat edir.

Bolgexeber.com xezerxeber.com-a istinadən bildirir ki, sərnişinlərin sözlərinə görə, problem əsasən mikroavtobuslarda və orta tutumlu avtobuslarda özünü göstərir. Bu nəqliyyat vasitələrində açıla bilən pəncərələr də məhdud olduğundan səyahət də çətinləşir. Vəziyyət o həddə çatıb ki, kondisonerli nəqliyyat vasitələrinin sürücüləri müştəri cəlb etmək üçün bu xüsusiyyətindən istifadə edirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilir ki, kondisioner problemi yalnız mikroavtobuslarda və orta tutumlu avtobuslarda mövcuddur. Bu nəqliyyat vasitələri də Bakı Beynəlxalq Avtovağzalı ilə müqavilə bağlamış şirkətlərə məxsusdur. Həmin sahibkarlarla danışıqlar aparılıb və yaxın vaxtlarda müasir tələblərə cavab verən avtobusların xəttə buraxılması barədə razılıq əldə olunub.