BolgeXeber.Com » BÖLGƏ TV » Bəzi sərnişin avtobusları xəstəlik mənbəyidir-VİDEO

Bəzi sərnişin avtobusları xəstəlik mənbəyidir-VİDEO

22-09-2016, 10:19
Oxunub: 3 000 Bəzi sərnişin avtobusları xəstəlik mənbəyidir-VİDEOPaytaxtda hələ də onlarla belə ictimai nəqliyyat vasitəsi var

Avtobusun oturacağını barmağı ilə sürtən sərnişin dəhşətli mənzərinin şahidi olur.

O, əllərini oturacağa sürtdükcə həmin yerdən toz çıxmağa başlayır.

Başqa bir marşurut avtobusunun içərisi isə sanki zibilxananı xatırladır.

Paytaxtda hələ də onlarla belə ictimai nəqliyyat vasitəsi var.

Görüntülərdən də aydın olur ki, hələ də bəzi marşurut xətlərindəki avtobuslar

günlərlə təmizlənmir. Xəstəlik mənbəyinə çevirilən bu avtobuslardan hər gün yüzlərlə sərnişin istifadə edir.

Sürücülər isə hər səhər avtobusların təmizləndiyini və sərnişinlər tərəfindən bu vəziyyətə gətirildiyini deyirlər.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, qrum tərəfindən sərnişin daşıyan avtobusların ümumi vəziyyətinə nəzarət gücləndirilib. Qaydalara riayət etməyənləri sərt cəzalar gözləyir.

“Xəzər Xəbər”