BolgeXeber.Com » BÖLGƏ TV » Məscidin önündə göbək rəqsi oynadı,qınandı...- FOTO + VİDEO

Məscidin önündə göbək rəqsi oynadı,qınandı...- FOTO + VİDEO

22-09-2016, 13:57
Oxunub: 4 178 Məscidin önündə göbək rəqsi oynadı,qınandı...- FOTO + VİDEOBəs həmin video-klip çəkilən müddətdə məscid rəhbərliyinin bundan xəbəri olmayıbmı?

Tatarıstanın qədim Bulqar şəhərindəki məşhur Ağ məscid qarşısında tatar mügənnisi Rezeda Qaniullina rəzalət nümayiş etdirib. O, Allah Evi önündə yarıçılpaq vəziyyətdə ərəblərin cəhalət dövründən qalan göbək rəqsi ifa edərək “Janım” mahnısına video-klip çəkdirib və bu biabırçı görüntüləri internet saytlarında yerləşdirib.
Məscidin önündə göbək rəqsi oynadı,qınandı...- FOTO + VİDEO

Moderator.az-ın Tatarıstan mediasına istinadla verdiyi xəbərə görə, Qazan imamı Seyidjaqfar Lutfullin bu təhqiramiz davranışı “V kontakte” sosial şəbəkəsindəki şərhin kəskin şəkildə qınayaraq müğənnidən dərhal həmin klipi internetdən yığışdırmağı tələb edib:
Məscidin önündə göbək rəqsi oynadı,qınandı...- FOTO + VİDEO

”Bu, tatar xalqına bir biabırçı ləkədir. Bütün dünyadakı müsəlman tatarların baş ziyarətgahında -Ağ Məscidin ərazisində Allah Evi təhqir edilir və murdarlanır. Heç bir inanclı insan öz dininin ələ salınmasına imkan verməz. Xalqımız öz milli və dini mənsubluğunu unudanları MANQURT adlandırır. Bu striptizçi məxluqata xəbərdarlıq edirik: dərhal Allah qarşısında tövbə etsin və sözügedən video-yazını sosial şəbəkələrdən yığışdırsın!..”
Məscidin önündə göbək rəqsi oynadı,qınandı...- FOTO + VİDEO

Tatarıstan müftisi Kamil Xazrat Samiqullin də məsələyə kəskin reaksiya verərək məscidlərin rəqs meydançası olmadığını, müğənnilərin bu məkanlara yalnız Allaha dua etmək, ibadət məqsədi ilə gələ biləcəyini vurğulyıb.

Ancaq yenədə təbii suallar yaranır: həmin biabırçı video-klipin çəkilişinə ən azı, bir gün vaxt sərf edilib. Və Ağ məscidin rəhbərliyinin, eləcə də ətrafdakı möminlərin bundan xəbəri olmaması mümkün deyil. Bəs o halda niyə müsəlman(!) din xadimlər bu rəzalətə izn veriblər?..