Zahidanda etiraz aksiyaları başladı
25-08-2023, 18:00
Oxunub: 3 648
Avqustun 25-i İranın Zahidan şəhərində etnik bəluclar cümə namazından sonra etiraz aksiyası keçiriblər.
Bolgə.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Qeyd olunur ki, ənənəvi olaraq keçirilən aksiyada etirazçılar siyasi məhbusların, o cümlədən tanınmış bəluc din xadimi Moləvi Fəthi Məhəmməd Nəqşbəndinin sərbəst buraxılmasını tələb ediblər.
Şəhərdə internetin kəsildiyi və mobil telefon operatorlarının fəaliyyətində məhdudiyyətlər yarandığı bildirilir.
Qeyd edək ki, bəluclar aylardır cümə günləri rejimə qarşı etiraz aksiyaları keçirirlər.