İranda neftayırma zavodunda yanğın: ölən var
16-10-2024, 12:16
Oxunub: 1 616
İranın Xuzistan əyalətinin Şuşter rayonundakı neftayırma zavodunda yanğın baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə yerinə xilasedici və yanğınsöndürənlər cəlb edilib.
Yanğın lokallaşdırılıb.